...

Bakıda mənzildə 92 yaşlı qadının cəsədi tapılıb

Hadisə Materials 29 Yanvar 2017 20:29 (UTC +04:00)
Bakıda mənzildə 92 yaşlı qadının cəsədi tapılıb
Bakıda mənzildə 92 yaşlı qadının cəsədi tapılıb

Bakı. Trend:

Bakıda mənzildə 92 yaşlı qadının cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1925-ci il təvəllüdlü Həsənova Suriyə Ağabala qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:02-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti