...

Borca görə adam oğurlayan dəstə üzvləri tutulub

Hadisə Materials 3 Mart 2017 11:55 (UTC +04:00)
Pul borcuna görə adam oğurlayan dəstə üzvləri yaxalanıb.
Borca görə adam oğurlayan dəstə üzvləri tutulub

Bakı. Trend:

Pul borcuna görə adam oğurlayan dəstə üzvləri yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, martın 2-də Bakı şəhər sakini Kərim Hətəmov (ad və soyad şərtidir) Xətai RPİ 35-ci PB-yə müraciət edərək tanışı, paytaxt sakini Sənan Abbasovun 2500 manat pul borcu olması ilə əlaqədar fevralın 28-də naməlum şəxslər tərəfindən oğurlanmasını bildirib.

35-ci PB əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin gün Ağakərim Səmədzadənin qardaşı Fərid və tanışı Ziya Sultanovla bigə S.Abbasovu "Opel" markalı avtomobilə oturdaraq rayon ərazisində kirayəyə götürdükləri evə aparıb orada saxlamaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Z.Sultanov, A.Səmədzadə və qardaşı Fərid tutulublar.
Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti