...

Gömrükdən siqaret keçirmək üçün bu fırıldağa əl atdı (FOTO)

Hadisə Materials 6 Mart 2017 16:28 (UTC +04:00)
Gömrükdə çay qutularında siqaret aşkar edilib.
Gömrükdən siqaret keçirmək üçün bu fırıldağa əl atdı (FOTO)

Bakı. Trend:

Gömrükdə çay qutularında siqaret aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə "Heimann X RAY" markalı texniki nəzarət vasitəsi ilə baxış keçirilib.

Yoxlama zamanı əl yükünün içərisindəki çay qutularından gömrük nəzarətindən gizlədilən 2520 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti