...

Lənkəranda "BMW" yanıb

Hadisə Materials 12 Mart 2017 03:26 (UTC +04:00)
Lənkəranda yanğın qeydə alınıb
Lənkəranda "BMW" yanıb

Bakı. Trend:

Lənkəranda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Lənkaran rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 m2 olan dəmir konstruksiyadan ibarət qarajın dam örtüyü 8 m2 sahədə və içərisində "BMW" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb.

Qarajın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti