...

Azər­baycanın dövlət sərhədini pozmağa cəhdlə bağlı 2 şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 22 Mart 2017 13:05 (UTC +04:00)
Azər­baycan vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb.
Azər­baycanın dövlət sərhədini pozmağa cəhdlə bağlı 2 şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkün­lüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­lən­­­diril­məsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

DSX-nin Mətbuat Mərkəzindən Trend-ə verilən məlumata görə, bu tədbirlər nəticəsində martın 21-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü - Azər­baycan vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb. Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilmiş tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olması müəyyənləşdiril­ib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulma­sı­na vasitəçilik etmiş 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti