...

Paytaxtda ağır yol qəzası - 2 ölü, 4 yaralı

Hadisə Materials 31 Mart 2017 11:33 (UTC +04:00)
Yasamal rayonunun C.Cabbarlı küçəsində 2 nəfərin ölümü ilə nətcilənən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxtda ağır yol qəzası - 2 ölü, 4 yaralı

Bakı. Trend:

Yasamal rayonunun C.Cabbarlı küçəsində 2 nəfərin ölümü ilə nətcilənən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu gün saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub.

Nəticədə idarəetməni itirən S.Binnətlinin avtomobili yolu keçən paytaxt sakini Elçin Əliyevə dəyib və sonra ağaca çırpılıb. E.Əliyev və S.Binnətli hadisə yerində ölüb, avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti