...

Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

Hadisə Materials 31 Mart 2017 14:00 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şöhrət Amanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə Ş.Amanovanın qızı Lalə Əliyeva şahid qismində ifadə verib. O, anasının əməllərindən xəbəri olmadığını, ona alınan cehizin pulunun sonradan imkanları olmadığı üçün verə bilmədiyini deyib.

İclasda Ş.Amanova əlavə şahidlərin çağırılıb dindirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Proses aprelin 12-də davam etdiriləcək.

İttihama görə, Ş.Amanova bir sıra şəxslərdən qızına cehiz, geyim alıb. Sonradan o, həmin şəxslərin pulunu verməyib. Buna görə, Ş.Amanovanın barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq ) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti