...

Suraxanıda mənzildə meyit tapılıb

Hadisə Materials 3 Aprel 2017 15:14 (UTC +04:00)
Mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Suraxanıda mənzildə meyit tapılıb

Bakı. Trend:

Bakıda mənzildə meyit tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1964-cü il təvəllüdlü Hümbətov Bəhmən İsmayıl oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 13:42-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti