...

Şəmkirdə yanğında ev sahibi yanaraq ölüb

Hadisə Materials 4 Aprel 2017 10:26 (UTC +04:00)
Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Şəmkirdə yanğında ev sahibi yanaraq ölüb

Bakı. Trend:

Şəmkir rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1984-cü il təvəllüdlü Cəfərov Anar Cavanşir oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyətı üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti