...

Paytaxtda 3 otaqlı ev yanıb

Hadisə Materials 21 Aprel 2017 09:07 (UTC +04:00)
Paytaxtda 3 otaqlı evdə yanğın olub.
Paytaxtda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Paytaxtda 3 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə yanıb.

Yüksək temperaturdan digər 2 otağın tavanı 45 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti