...

"Lotu Quli"nin narkotiklə tutulan qohumuna 9 il cəza verildi

Hadisə Materials 27 Aprel 2017 11:17 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
"Lotu Quli"nin narkotiklə tutulan qohumuna 9 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror V.Hüseynovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə V.Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, V.Hüseynov 2016-cı ilin aprel ayının 30-da narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham edilərək həbs olunub. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti