...

Prokuror keçmiş polis rəisinin həyat yoldaşına 9 il cəza istəyib

Hadisə Materials 1 May 2017 13:24 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Prokuror keçmiş polis rəisinin həyat yoldaşına 9 il cəza istəyib

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror L.Əkbərovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses mayın 10-da davam etdiriləcək.

İttihama görə, L.Əkbərova 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

L.Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham edilir. L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti