...

Havaya atəş açdı, polis xəbər tutdu - Sumqayıtda

Hadisə Materials 3 May 2017 11:43 (UTC +04:00)
Havaya atəş açan Sumqayıt sakinindən ov tüfəngi götürülüb.
Havaya atəş açdı, polis xəbər tutdu - Sumqayıtda

Bakı. Trend:

Havaya atəş açan Sumqayıt sakinindən ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 2-də Sumqayıt şəhəri Corat bağlar sahəsində şəhər sakini Məzahir Əliyev sərxoş halda ov tüfəngindən havaya 2 dəfə atəş açıb.

M.Əliyev Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ondan müvafiq sənədləri olan tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti