...

Həmkəndlisinin 2 mindən çox ot bağlamasını yandıran şəxs saxlanılıb

Hadisə Materials 6 May 2017 15:38 (UTC +04:00)
Nazirə Süleymanovaya məxsus əkin sahəsində 2080 ədəd ot kipi yandırılıb.
Həmkəndlisinin 2 mindən çox ot bağlamasını yandıran şəxs saxlanılıb

Bakı. Trend:

2 mindən çox ot kipi yandırmaqda şübhəli bilinən Sabirabad sakini saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Qarağac kəndi ərazisində kənd sakini Nazirə Süleymanovaya məxsus əkin sahəsində 2080 ədəd ot kipi yandırılıb.

Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən həmkəndlisi Ümid Mirzəyev saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti