...

Dələduz makler 7 il azadlıqdan məhrum edilib

Hadisə Materials 11 May 2017 11:28 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dələduz makler 7 il azadlıqdan məhrum edilib

Bakı. Samirv Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Əliyev 7 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, A.Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı Ramin Delikanova 14 min manata sataraq, ona qarşı dələduzluq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti