...

Paytaxtda gecə 2 avtomobil yanıb

Hadisə Materials 15 May 2017 09:52 (UTC +04:00)
Bakıda gecə 2 minik avtomobili yanıb.
Paytaxtda gecə 2 avtomobil yanıb

Bakı. Trend:

Bakıda gecə 2 minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal rayonunda "Kia" markalı, minik avtomobilinin mühərrik hissəsi, 1 ədəd təkəri və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Suraxanı rayonunda isə “Range Rover” markalı, minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti