...

Dondurma almaq üçün məktəb hasarını aşan şagird ayağını kəsib

Hadisə Materials 6 İyun 2017 17:09 (UTC +04:00)
XI sinif şagirdi məktəb hasarını aşarkən ayağını şüşə kəsib və qanaxma baş verib.
Dondurma almaq üçün məktəb hasarını aşan şagird ayağını kəsib

Bakı. Trend:

Bakıda 85 nömrəli tam orta məktəbdə XI sinif şagirdi Hacıyev Tərlan Vasif oğlu tənəffüs vaxtı dondurma almaq üçün mağazaya getmək məqsədilə məktəb hasarını aşarkən ayağını şüşə kəsib və qanaxma baş verib.

85 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, şagirdə müvafiq köməklik göstərilib və təcili tibbi yardım maşını vasitəsilə xəstəxanaya göndərilib.

Hazırda şagirdin vəziyyəti normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti