...

Gümüş predmetləri Azərbaycandan gizli aparmaq istədi (FOTO/VİDEO)

Hadisə Materials 1 İyul 2017 11:54 (UTC +04:00)
Azərbaycandan gizlin aparılmasına cəhd göstərilən gümüş predmetlər saxlanılıb.
Gümüş predmetləri Azərbaycandan gizli aparmaq istədi (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycandan gizlin aparılmasına cəhd göstərilən gümüş predmetlər saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin sol qabaq oturacağının söykənəcək hissəsinin içərisində gömrük nəzarətindən gizlədilən müxtəlif forma və çəkidə cəmi 23 ədəd olmaqla, ümumi çəkisi 4,8 kq olan gümüş predmetlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti