...

Bakıda yataqxana binasında yanğın: sakinlər təxliyə olunub

Hadisə Materials 4 İyul 2017 09:52 (UTC +04:00)
Paytaxtda yataqxana binasında yanğın olub.
Bakıda yataqxana binasında yanğın: sakinlər təxliyə olunub

Bakı. Trend:

Paytaxtda yataqxana binasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 kv.m olan otağın və eyvanın yanar konstruksiyaları, ümumi sahəsi 23 kv.m olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 kv.m sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 kv.m sahədə əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti