...

İran vətəndaşından narkotik alan Bakı sakini saxlanılıb (FOTO)

Hadisə Materials 7 İyul 2017 12:06 (UTC +04:00)
Qaradağ rayon Polis İdarəsi 10-cu Polis bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.
İran vətəndaşından narkotik alan Bakı sakini saxlanılıb (FOTO)

Bakı. Trend:

Qaradağ rayon Polis İdarəsi 10-cu Polis bölməsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Füzuli Hüseynovda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Lökbatan qəsəbəsi ərazisində saxlanılıb və onun üzərinə baxış zamanı 52,065 qram heroin aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq bölmə əməkdaşları tərəfindən F.Hüseynovun yaşadığı evə baxış keçirilib və oradan əlavə olaraq 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı külli miqdarda narkotik vasitəni Lənkəran rayonunda tanış olduğu İran vətəndaşından 4000 manata aldığını bildirib.

Faktla bağlı 10-cu Polis bölməsində toplanan materiallar araşdırılması üçün rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib, əməliyyat-axtarış tədbirləri və araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti