...

Gömrükdə 130 minə yaxın xarici markalı siqaret aşkar edilib (FOTO)

Hadisə Materials 8 İyul 2017 11:02 (UTC +04:00)
Gömrükdə külli miqdarda xarici markalı siqaretlər aşkar edilib.
Gömrükdə 130 minə yaxın xarici markalı siqaret aşkar edilib (FOTO)

Bakı. Trend:

Gömrükdə külli miqdarda xarici markalı siqaretlər aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Xaçmaz Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Qusar rayonu ərazisində keçirilmiş əməliyyat tədbiri zamanı Qusar rayonunun Kiriş-Həzrə yolu istiqamətinə gedən, içərisində Azərbaycan vətəndaşlarına məxsus mallar olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Rav 4" markalı nəqliyyat vasitəsi saxlanılaraq baxış keçirilməsi üçün Xaçmaz Gömrük İdarəsinə dəvət edilib.

Xaçmaz Gömrük İdarəsində həmin nəqliyyat vasitəsinə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı "Toyota Rav 4" markalı nəqliyyat vasitəsinin yük yerindən və salonunda olan qara rəngli polietilen paketlərdən, əl çantalarından və nəqliyyat vasitəsində olan "Bimax" markalı yuyucu toz qutularının içərisindən, ümumilikdə 102 680 ədəd "NZ Gold Compact" və 6000 ədəd "Marlboro" markalı siqaretlər və 20 880 ədəd "Belomorkanal" markalı papiroslar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti