...

Azərbaycana narkotik gətirmək istəyən əfqanıstanlı saxlanılıb

Hadisə Materials 10 İyul 2017 13:32 (UTC +04:00)
İrandan gələn Əfqanıstan vətəndaşının üzərində narkotik vasitələr aşkar olunub.
Azərbaycana narkotik gətirmək istəyən əfqanıstanlı saxlanılıb

Bakı. Trend:

İrandan gələn Əfqanıstan vətəndaşının üzərində narkotik vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Əfqanıstan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb, daxili orqanında (düz bağırsağında) isə 10 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 331,474 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti