...

Bakıda restoranda yanğın baş verib

Hadisə Materials 10 İyul 2017 23:22 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda restoranda yanğın baş verib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan restoranının mətbəxində 1 ədəd kartofbişirən aparat, 3 p.m elektrik kabeli və tüstü bacasında 4 p.m yağ qalıqları yanmışdır.

Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 21:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti