...

Cəlilabadda yanğın baş verib

Hadisə Materials 11 İyul 2017 08:02 (UTC +04:00)
Cəlilabadda yanğın qeydə alınıb
Cəlilabadda yanğın baş verib

Bakı. Trend:

Cəlilabadda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Maşlıq kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları 4 m2 sahədə, altına yığılmış 4 ton ot bağlamasının 1,5 tonu, və talvara bitişik ümumi sahəsi 144 m2 olan birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə yanıb.

Evin, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti