...

Sabirabadda VAZ-la motosiklet toqquşub: 1 ölü, 3 yaralı

Hadisə Materials 11 İyul 2017 11:42 (UTC +04:00)
Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Sabirabadda VAZ-la motosiklet toqquşub: 1 ölü, 3 yaralı

Bakı. Trend:

Sabirabad rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 11-də saat 01 radələrində Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində kənd sakinləri Emil Dövlətovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Vüsal Abdullayevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə V.Abdullayev və 1 sərnişini, habelə E.Dövlətovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, V.Abdullayev orada ölüb.

Sabirabad rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti