...

Qadağan edilən silahların ölkəyə gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 11 İyul 2017 15:16 (UTC +04:00)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Qadağan edilən silahların ölkəyə gətirilməsinin qarşısı alınıb

Bakı. Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı həmin vətəndaşlardan ikisinin çantasında və çamadanında 1 ədəd olmaqla, 2 ədəd "beşbarmaq", digər vətəndaşın çamadanında isə 1 ədəd dəyənək aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti