...

Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr tapılıb

Hadisə Materials 12 İyul 2017 14:25 (UTC +04:00)
"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn nəqliyyat vasitəsində pirotexniki vasitələr aşkar edilib.
Gürcüstandan gələn avtomobildə pirotexniki vasitələr tapılıb

Bakı. Trend:

"Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn nəqliyyat vasitəsində pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21074" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol qanadlarının, arxa oturacağının içindən üzərində gürcü əlifbası ilə yazılar olan 640 qutu pirotexniki vasitə və 30 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti