...

Dünyamin Xəlilovun vəkili məhkəmədən vaxt istədi

Hadisə Materials 13 İyul 2017 16:11 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dünyamin Xəlilovun vəkili məhkəmədən vaxt istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək həbs edilən iş adamı və sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən şəxs Mansur Zeynalovun vəkili Reyhan Əmirova müvəkkilinə qarşı irəli sürülən mənimsəmə ittihamının əsassız olduğunu deyib və ona bəraət istəyib.

Dünyamin Xəlilovun vəkili isə çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 20-də davam etdiriləcək.

Ötən prosesdə prokuror D.Xəlilovun 14 il, Ş.Musayevin 5 il, R.Əsgərovun 4 il, S.Seyfullayevin 7 il 6 ay, F.Əmiraslanovun 7 il, M.Zeynalovun 7 il, R.Əliyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, D.Xəlilov Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə), 213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.

Təqsirləndirilən şəxs D.Xəlilov “Globus Plaza”nın sahibidir. O, 2005-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan D.Xəlilov Cahangir Hacıyevin qohumu və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. ABB-nin bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti