Bakı. Trend:
Zaqatala şəhərində yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Lənkəran rayonu, Zaqatala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 117 m2 olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı 20 m2 sahədə, 1 ədəd ”Samsung” markalı soyuducu və 1 ədəd aspirator yanıb.
Evin qalan hissəsi yanğından mühafizə mühafizə olunub.
Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb./