...

Gəncədə 2 nəfərin ölümünə səbəb olan qəza baş verib

Hadisə Materials 15 İyul 2017 15:26 (UTC +04:00)
Ötən gün Gəncə şəhəri Nizami prospektində 2 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gəncədə 2 nəfərin ölümünə səbəb olan qəza baş verib

Bakı. Trend:

Ötən gün Gəncə şəhəri Nizami prospektində 2 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 14-də saat 22 radələrində Gəncə şəhəri Nizami prospektində Göygöl rayon sakini İqbal Şərifov idarə etdiyi "QAZ-31029" markalı avtomobillə yolu keçən şəhər sakinləri Aynurə Abbasovanı və azyaşlı oğlu Məhəmmədi vurub.

Piyadalar hadisə yerində ölüblər. Nizami (Gəncə) RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti