...

Dənizdə batan 1 nəfər xilas edilib

Hadisə Materials 16 İyul 2017 19:13 (UTC +04:00)
Dənizdə batan şəxs xilas olunub
Dənizdə batan 1 nəfər xilas edilib

Bakı. Trend:

Dənizdə batan şəxs xilas olunub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb.

Əməliyyat saat 17:33-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti