...

Aksiz markasız 32 min siqaret müsadirə edilib

Hadisə Materials 17 İyul 2017 14:29 (UTC +04:00)
Avtomobildə aksiz markasız 32 min ədəd siqaret aşkar edilib.
Aksiz markasız 32 min siqaret müsadirə edilib

Bakı. Trend:

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Rəhimov Cabir Ataş oğluna məxsus 90TT380 nömrə nişanlı, “Niva” markalı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, həmin nəqliyyat vasitəsinə baxış zamanı yuk yerində üzərində Azərbaycanın aksiz markası olmayan 15.000 ədəd “De Santıs White” və 17.000 ədəd “Cavallo Play” markalı siqaretlər askar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti