...

Avtomobildən 4000 manat oğurladı - "isti izlər"lə ələ keçdi

Hadisə Materials 17 İyul 2017 20:36 (UTC +04:00)
Avtomobildən 4000 manat oğurlayan şəxs tutulub.
Avtomobildən 4000 manat oğurladı - "isti izlər"lə ələ keçdi

Bakı. Trend:

İyulun 14-də Sumqayıt şəhər sakini Y.İ həmin gün saat 11 radələrində paytaxtın Q.Qarayev prospektindəki ticarət mərkəzlərindən birinin qarşısında park etdiyi avtomobilindən oğurluq edilməsi barədə Nizami RPİ-nin 24-cü Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, zərərçəkmiş izahatında qapılarını açıq saxladığı avtomobilindən içərisində 4000 manat olan pul qabının oğurlandığını bildirib.

Əməliyyat qrupu hadisə yerinə gələrək araşdırmalar aparıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən məlumat əsasında oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib və "isti izlər"lə keçirilmiş tədbirlərlə o, saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Rövşən Əşrəfov olması müəyyən edilib. O, oğurluğu törətdiyini etiraf edərək bazarın qarşısında saxlanılan "Fiat" markalı avtomobilin sahibinin aldığı ərzaqları yük yerinə qoyduğundan başının qarışıq olmasından istifadə edərək ön oturacağın üstündəki pul qabını götürərək oradan uzaqlaşdığını bildirib.

R.Əşrəfovun üzərinə baxış zamanı 2400 manat pul aşkar edilib. O, həmin məbləğin oğurladığı pul qabıdakı 4000 manatdan qaldığını, digər hissəsini isə ehtiyaclarına sərf etdiyini bildirib.

Faktla əlaqədar Nizami RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti