...

Xəzər rayonunda yanğın olub - 10 baş heyvan xilas edilib

Hadisə Materials 19 İyul 2017 14:11 (UTC +04:00)
Xəzər rayonunda tövlə yanıb, tövlədə olan 10 baş heyvan xilas edilib.
Xəzər rayonunda yanğın olub - 10 baş heyvan xilas edilib

Bakı. Trend:

Xəzər rayonunda tövlə yanıb, tövlədə olan 10 baş heyvan xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 15 ton ot bağlamasının 4 tonu yanıb.

Yaxınlıqda olan tövlədən 9 baş iribuynuzlu və 1 baş xırda buynuzlu heyvan yanğınsöndürənlər tərəfindən xilas edilib.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın saat 11:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti