...

Bərdədə ticarət mərkəzi yanıb

Hadisə Materials 20 İyul 2017 09:24 (UTC +04:00)
Bərdə şəhərində ticarət mərkəzi yanıb.
Bərdədə ticarət mərkəzi yanıb

Bakı. Trend:

Bərdə şəhərində ticarət mərkəzi yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, şəhərdə "Bərdə" ticarət mərkəzinin ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 m2 olan 12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 m2 sahədə yanıb.

Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 05:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti