...

Gömrükdə aksiz markasız 175 ədəd araq müsadirə edilib (FOTO)

Hadisə Materials 21 İyul 2017 11:10 (UTC +04:00)
Saxlanılan iki avtomobildə 175 ədəd araq aşkar edilib.
Gömrükdə aksiz markasız 175 ədəd araq müsadirə edilib (FOTO)

Bakı. Trend:

Gömrükdə saxlanılan iki avtomobildə 175 ədəd araq aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb.

Həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib.

Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti