...

Soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verilib

Hadisə Materials 21 İyul 2017 16:54 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən Şakir Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb
Soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verilib

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən Şakir Hüseynovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayətə baxılıb.

Trend-in məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə şikayət araşdırılıb və birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hüseynov Şükür Məsim oğlu AR CM-nin 180.2.1-ci maddəsi ilə (qrup halında soyğunçuluq) təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

İttihama görə, Ş.Hüseynov dostu ilə Bakıdakı yanacaqdoldurma məntəqələrinin birinə gələrək avtomobilinə 30 manatlıq yanacaq vurduqdan sonra ödəniş etmədən hadisə yerindən uzaqlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti