...

Qusarda narkotik bitki becərən şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 22 İyul 2017 13:08 (UTC +04:00)
Qusarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Qusarda narkotik bitki becərən şəxs saxlanılıb (FOTO)

Bakı. Trend:

Qusarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avaran kənd sakini əvvəllər məhkum olunmuş Telman Osmanov saxlanılıb.

Onun üzərinə baxış keçirilən ümumi çəkisi 4,015 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq T.Osmanovun yaşadığı evin yaxınlığında ona məxsus sahəyə baxış keçirilən zaman gizli şəkildə kultivasiya yolu ilə yetişdirilən 55 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

T.Osmanov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti