İlk xəbər saat 09:35-də yayımlanıb
Bakı. Elçin Mehdiyev - Trend:
Bakı şəhəri, Yasamal rayonunda altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
X X X
Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında baş vermiş yanğın söndürülb.
X X X
Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın baş verən binanın sakinləri təxliyə edilib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.