...

15 yaşlı gəncin meyiti Kürdən tapılıb

Hadisə Materials 24 İyul 2017 15:50 (UTC +04:00)
Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 15 yaşlı gəncin meyiti çıxarılıb.
15 yaşlı gəncin meyiti Kürdən tapılıb

Bakı. Trend:

Kür çayının, Bərdə rayonu, Əyricə kəndi ərazisindən keçən hissəsində batmış 15 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2002-ci il təvəllüdlü Rövşən Elxan oğlu Göyüşovun meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 15:01-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti