...

İçi sərnişin dolu An-24 təyyarəsi yanıb

Hadisə Materials 25 İyul 2017 12:17 (UTC +04:00)
Yakutyada An-24 sərnişin təyyarəsi yanıb.
İçi sərnişin dolu An-24 təyyarəsi yanıb

Bakı. Trend:

Yakutyada An-24 sərnişin təyyarəsi yanıb. Trend-in məlumatına görə, yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb.

İnsident baş verən zaman təyyarədə 37-si sərnişin olmaqla 43 nəfərin olduğu bildirilib. Xəsarət alan olmayıb.

Yanğın dərhal söndürülüb. Sərnişinlər başqa təyyarə ilə Tiksidən Yakutska yola salınacaqlar.

Xəbər lenti

Xəbər lenti