...

Kürdəmirdə yanğın olub

Hadisə Materials 26 İyul 2017 04:18 (UTC +04:00)
Kürdəmir rayonu, Xirdapay kəndində yanğın qeydə alınıb
Kürdəmirdə yanğın olub

Bakı. Trend:

Kürdəmir rayonu, Xirdapay kəndində yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonu, Xirdapay kəndində vətəndaşa məxsus (bir-birinə bitişik tikilmiş tikililər) ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları, ümumi sahəsi 120 m2 olan talvarın yanar konstruksiyaları, talvarın altına yığılan 20 ton ot bağlaması, ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və yaxınlıqda dayanan "QAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb.

Tövlənin qalan hissəsi, yaxınlıqda olan tikililər və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 22:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti