...

Paytaxtda yaşayış binasında yanğın - sakinlər təxliyə olunub

Hadisə Materials 26 İyul 2017 08:53 (UTC +04:00)
Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Paytaxtda yaşayış binasında yanğın - sakinlər təxliyə olunub

Bakı. Trend:

Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından (10-cu mərtəbədən 11-ci mərtəbəyə qədər) keçən elektrik kabelləri 10 p.m yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini xilas, 20 nəfər təhlükəsiz əraziyə təxliyyə olunmuş və 3 nəfərə Təcili Tibbi Yardım Xidməti tərəfindən ilkin tibbi yardım göstərilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti