...

Bərdədə 4 otaqlı ev yanıb

Hadisə Materials 26 İyul 2017 13:15 (UTC +04:00)
Bərdə rayonunda 4 otaqlı ev yanıb.
Bərdədə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Bərdə rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Lənbəran kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağında 2 kv.m sahədə dolab, içərisində olan paltarlar, ümumi sahəsi 198 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 162 kv.m sahədə və tövləyə yığılmış 21 ton ot bağlamasının 5 tonu yanıb.

Evin, tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 11:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti