...

Azərbaycanda 11 nəfər partlayış zamanı həyatını itirib

Hadisə Materials 28 İyul 2017 10:02 (UTC +04:00)
2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib.
Azərbaycanda 11 nəfər partlayış zamanı həyatını itirib

Bakı. Elçin Mehdiyev – Trend:

2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 47 partlayış hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 42 % artıb.

Baş vermiş partlayışlar zamanı 11 nəfər həlak olub, 58 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən partlayışlarda 1 nəfər xilas edilib.

Partlayışlar əsasən, fərdi evlərdə, çoxmənzilli yaşayış binalarında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti