...

Su quyusuna düşən Masallı sakini ölüb

Hadisə Materials 28 İyul 2017 10:07 (UTC +04:00)
Masallı rayon sakini su quyusuna düşərək ölüb.
Su quyusuna düşən Masallı sakini ölüb

Bakı. Trend:

Masallı rayon sakini su quyusuna düşərək ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti