...

Qubada ağır yol qəzası - 2 qadın yük maşınının altında qalıb

Hadisə Materials 29 İyul 2017 12:30 (UTC +04:00)
Quba rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.
Qubada ağır yol qəzası  - 2 qadın yük maşınının altında qalıb

Bakı. Trend:

Quba rayonunda ölümlə nəticələnən ağır yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 20 radələrində Quba rayonunun Digah kəndi ərazisində kənd sakini Rahib Vəliyev idarə etdiyi “KAMaz” markalı avtomobili yoxuşda saxladığından avtomobil arxaya doğru hərəkətə gəlib, həmkəndliləri Bahar Atluxanovanı və Simnarə Tahirovanı vurub.

Qəza zamanı B.Atluxanova hadisə yerində ölüb, S.Tahirova isə xəstəxanaya yerləşdirilib.

Quba RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti