...

Həyat yoldaşını qətlə yetirən Ağstafa sakini tutulub

Hadisə Materials 29 İyul 2017 12:55 (UTC +04:00)
Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Arzu Namazov tutulub.
Həyat yoldaşını qətlə yetirən Ağstafa sakini tutulub

Bakı. Trend:

Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Arzu Namazov tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş A.Namazov münaqişə zəminində həyat yoldaşı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.

A.Namazov Ağsatafa RPŞ-nin əməkdaşları tərəfindən tutulub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti