...

Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub

Hadisə Materials 29 İyul 2017 16:08 (UTC +04:00)
Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutulub.
Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini tutulub

Bakı. Trend:

Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təvəkkül Məhərrəmov tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 4.00 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində naməlum şəxs qəsəbə sakini olan qadın E.U-nı döyüb, içərisində 100 manatı, kosmetik əşyaları olan çantansını və mobil telefonunu alıb.

Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Məhərrəmov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti