...

Paytaxtda ölümlə nəticələnən qəza olub

Hadisə Materials 29 İyul 2017 18:13 (UTC +04:00)
Binəqədi rayonu, Azadlıq prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxtda ölümlə nəticələnən qəza olub

Bakı. Trend:

Binəqədi rayonu, Azadlıq prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 28-də saat 1.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti